Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanlı dizayner Türkiyənin ən yaxşısı seçildi FOTOLAR

Azərbaycanlı dizayner Türkiyənin ən yaxşısı seçildi FOTOLAR Dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl Beyrutun paytaxtı Livanda keçirilən dəb həftəsində 2018/19 payız-qış kolleksiyasını təqdim edib. SHOWNEWS.AZ xəbər verir ki, “Afffair” brendinin yaradıcısı olan Rüfət İsmayılın yeni kolleksiyası “Obsession” adlanır. Həmyerlimizin dəb nümayişi Livanın 5 ulduzlu otellərindən olan “Four Seasons”da baş tutub. Bir çox ölkələrin qatıldığı dəb həftəsində Azərbaycanı təmsil edən Rüfət İsmayılın kolleksiyasından olan geyimləri 27 model nümayiş etdirib. Kolleksiya Türkiyənin top modeli olan Günay Musayevanın çıxışı ilə tamamlanıb. Rüfət İsmayıl yeganə azərbaycanlı dizayner olub ki, onun defilesi “Fashion TV” vasitəsilə bütün dünyaya canlı olaraq yayımlanıb. Bu qürurverici hadisə Azərbaycanın moda tarixinə qızıl hərflərlə həkk olunub. Rüfət İsmayılın sayəsində Azərbaycan bayrağı artıq yüksək dəb həftələrində dalğalanacaq. Və dünya Azərbaycan brendi altında təqdim olunan kolleksiyaları izləməklə yanaşı, əldə edə biləcək. Həmyerlimizin uğurları bununla da yekunlaşmır. Türkiyədə yaşayan dizayner qardaş ölkədə “Türkiyənin ən yaxşı dizayneri” mükafatına layiq görülüb. Qeyd edək ki, Rüfət İsmayıl eyni zamanda Azərbaycanı və Türkiyəni Milanda təmsil edən dizayner kimi tarixə düşmüş ilk və yeganə şəxsdir. Rüfətin kolleksiyaları isə Milanla yanaşı, Florensiya, Dubay, Tehranda və bir sıra başqa ölkələrin dəb həftələrində yüksək səviyyədə nümayiş olunub.