Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Dünya şöhrətli azərbaycanlı stilist Şəfəq Novruz REKORDA İMZA ATDI

Dünya şöhrətli azərbaycanlı stilist Şəfəq Novruz REKORDA İMZA ATDI

Azərbaycanın dünyaca ən məşhur stilist-vizajistlərindən olan Şəfəq Novruz rekorda imza atıb.

SHOWNEWS.AZ xəbər verir ki, bir neçə aydır dünyanı qarış-qarış gəzən və master-klasslar keçən həmyerlimiz Azərbaycanda stilistlər arasında ilkə imza atıb.

Belə ki, gördüyü işlərlə təkcə Azərbaycanda deyil, bütün dünyada marağa səbəb olan Şəfəq xanımı “Instagram” sosial şəbəkəsində artıq 1 milyondan çox insan izləyir.

Şəfər Novruzun etdiyi vizaj işlərinə marağın böyük olmasından, onun hələ bu ilin sonuna kimi bir sıra ölkələrdə master klassları təşkil olunacaq.

Qeyd edək ki,  Şəfəq Novruzun indiyədək London, Nyu-York, Los Anceles, Kosova, İran, Belçika şəhərlərində keçirdiyi master-klasslardan sonra onu izləyicilərin sayı sürətlə artmağa başlayıb.

Şəfəq Novruzun "Instagram" səhifəsi: @shafaqnovruz