Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Qabyuyan işləmək istədim, tanıyıb işə götürmədilər” - İlahə Fəda

“Qabyuyan işləmək istədim, tanıyıb işə götürmədilər” - İlahə Fəda

Müğənni İlahə Fəda "Elgizlə izlə" verilişində etirafı ilə diqqət çəkib.

SHOWNEWS.AZ xəbər verir ki, İlahə Fəda pandemiya dövründə qabyuyan işləmək üçün müraciət etdiyini deyib: "Karantinin ilk aylarında kafelər işləyirdi. Kafenin qapısında elan yazılmışdı ki, qabyuyan lazımdır. Kafeyə getdim, məni işə götürmədilər. Qabyuyan işləmək istəyirdim. Məni tanıdılar, elə bildilər ki, onları ələ salıram".

İlahə Fəda atası haqqında da danışıb: "Bir il yarım xəstə atama baxdım. Mirasdan mənə pay düşmədi və o haqda düşünmürəm. Atam imkanlı adam olub, biznesmen idi. Ev ikinci evliliyindən olan övladlarına qaldı, bir oğlu, bir qızı var.

Mən anamın qucağında, Fədayə isə ana bətnində olanda bizi atıb. Atamı da qınamıram, çox gözəl insan və ziyalı idi. O vaxt Bakıya gəlib, dodağı boyalı qızları görüb, çaşıb. Cavan olub".