Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Yaşadıqlarımı yaşamaq istəmirəm...” Toppuş bacı ağladı

“Yaşadıqlarımı yaşamaq istəmirəm...” Toppuş bacı ağladı

Əməkdar artist Tünzalə (Toppuş bacı) Əliyeva MTV Azərbaycan kanalında qonaq olub.

SHOWNEWS.AZ xəbər verir ki, dördüncü dəfə xərçəngə qalib gələn əməkdar artist efirdə göz yaşlarını saxlaya bilməyib

"Xəstəxanada olanda həkim mənə dedi ki, Tünzalə, evə get. Soruşdum ki, niyə? Dedi artıq səndə törəmə yoxdur. Mən dördüncü mərtəbədən düşüb, pəncərənin önündə sayandım, birbaşa çölə çıxa bilmədim. Fikirləşdim ki, görəsən bir daha bura gələcəm, bir daha kimyaterapiya alacam? Əslində Allahın mənə verdiyi hər şeyə görə həmd olsun. Nə verməyibsə, yenə də həmd olsun.

Ötən ili çox ağır keçirdim. Təsəvvür edin, o vəziyyətə düşdüm ki, bacım Gəncəyə, ailəmizə xəbər verdi ki, Tünzalə gedir, artıq yoxdur. Mən komadaydım, qanım aşağı düşmüşdü. Həkimlər mənə iki dəfə qan köçürdülər. Birinci bacıma, sonra qaynatama zəng etdim ki, mən sağaldım. Avtomobilə mindim, bərk ağladım. Həyat yoldaşım dedi ki, yenə nəsə olub? O da mənimlə bərabər eyni hissi yaşadı".