Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Space"dən gedən Əkbər ATV-də efirə çıxdı

"Space"dən gedən Əkbər ATV-də efirə çıxdı

“Space” telekanalı ilə yollarını ayıran əməkdar artist Əkbər Əlizadə ATV kanalında işə başlayıb.

SHOWNEWS.AZ xəbər verir ki, Əkbər Əlizadə bu gün "ATV Səhər" verilişinin aparıcısı kimi efirə çıxıb.

Bu barədə aparıcının özü də instaqram hesabında məlumat yayıb. O, bildirib ki, “ATV səhər” verilişini Lalə Azərtaşla birgə aparacaq. O, yeni kanaldakı fəaliyyətə başlaması ilə əlaqədar olaraq bunları yazıb:

“Yaxşı istirahət edib, dincəlib, yorğunluğumu çıxardıqdan sonra bu gün baxılan kanalda "ATV Səhər" də görüşünüzə gəldim”.

Qeyd edək ki, Ə. Əlizadə 9 ildir ki, "Space" telakanlında “Hər səhər” verilişini aparıcısı kimi çalışıb. O, “Space”dən ayrılma səbəbi kimi səhhətində problem olduğunu göstərmişdi:

"Yorğunam, bir balaca sağlamlığımda da problem var. Anons, reklam deyil, həqiqətən də gedirəm".