Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Nəsib Nur "Xəzər" radiodan bu səbəbə görə getdi - AÇIQLAMA

Nəsib Nur "Xəzər" radiodan bu səbəbə görə getdi - AÇIQLAMA

“Xəzər FM” və 100.5 FM radiolarının rəhbəri Nəsib Nur yeni vəzifəyə təyin edilib.

Tanınmış aparıcı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “Dalğa TV”yə yaradıcılıq üzrə rəhbər təyin edilib:

““İş yerimiz “Xəzər Media Mərkəzi” olaraq qalır. “Dalğa TV” də həmin mərkəzə daxil olan bir qurumdur. Hazırda kanal formalaşmaq üzrədir. Mən də yaradıcılıq işlərinə və kanalın ümumi fəaliyyətinə məsul olacağam. Artıq bu gündən vəzifəmin icrasına başlamışam”.

N.Nur sözlərinə əlavə edib ki, “Dalğa TV”də yeni əcnəbi seriallar və filmlər Azərbaycan dilində yüksək keyfiyyətli dublyajla tamaşaçılara təqdim ediləcək.

Əldə etdiyimiz məlumata görə, “Xəzər FM” və 100.5 FM radiolarına isə uzun müddətdir ABŞ-da yaşayan Səxavət Nur təyin edilib. Sabah bu barədə təqdimat olacaq.