Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Hamilə olan əməkdar artist toya hazırlaşır

Hamilə olan əməkdar artist toya hazırlaşır Rusiya və Ukraynanın məşhur pop ulduzu Svetlana Loboda ailə qurur. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, bir neçə aydır ki, hamilə olan və səhnə ilə müvəqqəti olaraq vidalaşan Loboda evlənmək qərarına gəlib. Onun “Rammstein” rok qrupunun solisti Till Lindemanla nikah bağlayacağı deyilir. Onun barmağındakı üzük isə yayılan şayiələri daha da alovlandırıb. Bu məqamda bildirək ki, Svetlananın Till Lindemandan hamilə olduğu iddia edilir. Məşhur cütlük 2017-ci ildə Azərbaycana baş tutan “Jara” musiqi festivalı zamanı tanış olmuş, bundan sonra eşq yaşamağa başlamışdılar. Qeyd edək ki, Loboda Ukraynanın əməkdar artistidir.