Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Nura əsəbləşdi "Niyə mən prezident konsertində yox idim?"

Nura əsəbləşdi "Niyə mən prezident konsertində yox idim?" Müğənni Nura Suri ötən gün prezident seçkilərinin yekun konsert təşkilatçısının ünvanına tənqidi çıxış edib. SHOWNEWS.AZ sənətçi xanımın fikirlərini olduğu kimi təqdim edir: "Dünənki konsertə gedən müğənnilərin 90%-i bölgələrdə keçirilən heç bir konsertdə iştirak etməyiblər, YAP-ın heç bir seçki konsertində olmayıblar. 2008-ci ildə qucağımda ana südü ilə qidalanan körpəmlə birgə, 2013-cü ildə və bu il bütün bölgələrdə keçirilən seçki konsertlərində iştirak etmişəm. YAP-ın üzvüyəm və hər zaman prezidenti dəstəkləyən və xaricdə belə keçirilən bütün dövlət tədbirlərində iştirak edirəm. 14 ildir bu sənətdəyəm, Xalq artistlərinin, Əməkdar artistlərinin çoxu seçki konsertlərinə getmədi, təmənnasız dövlət tədbirlərinə də getmirlər. Niyə mən yox, heç bir konsertdə iştirak etməyən müğənnilər dünənki konsertdə idi? Dövləti, dövlət başçısını dildə yox, əməldə sevmək və dəstəkləmək lazımdır".