Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Nərgiz Cəlilova televiziyadakı maaş azlığından gileyləndi

Nərgiz Cəlilova televiziyadakı maaş azlığından gileyləndi

"Televiziyada həmişə maaş çox aşağıdır. Aparıcılarımız var ki, efirdən əlavə tədbirlər idarə edirlər. El şənlikləri aparıb, əlavə gəlir qazanırlar. Bəziləri isə quru maaşa işləyir. Bununla da ailə saxlayırlar". 

 

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Nərgiz Cəlilova "Səhər mərkəzi" proqramında deyib. Aparıcı telekanallarda maaşların az olmasından bəhs edib:

"Bu günün tələbləri o qədər yüksəkdir ki: insan gəzmək, geyinmək, ləziz yeməklər yemək istəyir. Bunun kafe, restoranı da. Ona görə də gənclərimiz özəl şirkətlərə üz tuturlar, orada maaş yüksəkdir. Artıq bu məsələ həll olunmaq üzərədir".

Aparıcı Tural Əsədov N.Cəlilovanın illər əvvəl ona dediyi "Haqqımda demişdi ki, ondan heç vaxt aparıcı olmayacaq" sözlərini xatırladıb. 

Aparıcı "Arxanızca yox, üzünüzə demişdim. İllər ötəndən sonra peşəkar aparıcı oldunuz. Tədbirlərin birində dedim ki, Tural səninlə fəxr edirəm, illər əvvəl dediyim sözləri geri götürürəm" cavabını verib.