Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Space“in yeni rəhbəri Mətanətin verilişini niyə bağladı? - APARICI DANIŞDI

“Space“in yeni rəhbəri Mətanətin verilişini niyə bağladı? - APARICI DANIŞDI

"Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyev tanınmış aparıcı Mətanət Əliverdiyevanın verilişinin yayımını dayandırıb.

SHOWNEWS.AZ xəbər verir ki, onun aparıcılığını etdiyi “Hər səhər Mətanətlə” verilişi artıq iki gündür yayımlanmır.

Məsələ ilə bağlı aparıcı iddialarına cavab verib. O bildirib ki, "Space TV"dəki fəaliyyəti davam edir:

 

"Studiyada təmir işi aparılır, yenilənməlidir. Hazırda Türkiyədəyəm, kanal üçün veriliş çəkirik. Təmir işi bitəndən sonra ya martın 1-də, ya da 8-də yenidən tamaşaçıların qarşısına çıxacam. Studiya ürəyimcə deyildi. Qonaqlarımı istədiyim kimi qarşılaya bilmirdim. 

Mətanət 26 ildir efirdədir. Mənə bu cür reklam lazım deyil. Həftənin cümə günü proqramda bu haqda məlumat vermişdim. Anonsumuz da efirdə yayımlanır".

Xatırladaq ki, Kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl “Space” TV-nin rəhbəri vəzifəsindən azad edilib.

// Unikal.org // axşam.az