Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İstanbulda müalicə alan yaralı qazilərimizi RÖYA ZİYARƏT ETDİ

İstanbulda müalicə alan yaralı qazilərimizi RÖYA ZİYARƏT ETDİ Xalq artisti Röya Ayxan Türkiyəyə müalicə üçün göndərilən yaralı qazilərimizi ziyarət edib. Müğənni İstanbulda hərbçilərimizin yer aldığı xəstəxanaya gedərək onlara baş çəkib, səhhətləri ilə maraqlanıb.    “Bu gün müalicə üçün Türkiyəyə gətirilən qazilərimizə baş çəkdim, çalışdım ki, onları yormadan bir az söhbət edim. İnanın, sağalmaq eşqi ilə ürəkləri döyünür. Mən çox ümidliyəm, onlar kimi... Əhval -ruhiyyələri də yüksəkdir. Ailələrinə sağlam şəkildə qovuşacaqları günü gözləyirlər. Onlara daim dəstək göstərən cənab Prezidentə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdaram. Bu oğullarımız əmin əllərdədi.   Üstəgəl xalq da ordusunun arxasındadır.  Onların da dəstəyi danılmazdır.  Vətəndaşlarımızın “YAŞAT” fonduna etdiyi ianələr sayəsində neçə igidlər sağlamlığına qovuşur! Hər kəsə minnətdaram”, -deyə sənətçi instagram səhifəsində bildirib.