Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Günel Manafın yardımından İMTİNA ETDİ

Günel Manafın yardımından İMTİNA ETDİ   Günel kredit borcuna görə Manaf Ağayevin yardımından imtina etdi SHOWNEWS.AZ xəbər verir ki, kredit borcunu ödəməkdə çətinlik çəkən müğənni Günel Ələkbərova heç kəsin yardımına ehtiyacı olmadığını bildirib: “Əlim var, ayağım var. Toylar yoxdur deyə, müvəqqəti çətinliyim yaranıb. İşlər açılsın özüm işləyib öz borcumu ödəyəcəyəm. Mənim borcumu bağlamaq istəyən çox dostum oldu. Heç birini də qəbul etmədim. Mənim kreditimi ödəmək əvəzinə, o qədər imkansız və kasıblar var, onlara yardım olunması daha doğru olar”.   Müğənni əlavə edib ki, bu məsələni ictimailəşdirməsinin səbəbi kimdənsə yardım gözləmək yox, minlərlə bu cür insanın olmasını və bankların güzəşt etməməsini gündəmə gətirmək olub.    Qeyd edək ki, Manaf Ağayev Günelə yardım edəcəyini dedikdən bir ay sonra həmin məbləği prodüser Tolikə göndərib. Günel isə pulun müğənniyə geri qaytarılmasını istəyib və qəbul etməyib.