Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Qoy bunu məndən boşuna inciyən Ağayev cənabları bilsin" Röyadan Faiqə

"Qoy bunu məndən boşuna inciyən Ağayev cənabları bilsin" Röyadan Faiqə Əməkdar artist Röya Ayxanın ötən ildən aralarında söz-söhbət yaşanan xalq artisti Faiq Ağayevin mahnısını ifa edərək, "Instagram"da paylaşması birmənalı qarşılanmayıb. Çoxu bunu Röyanın Faiq Ağayevə qarşı atdığı barışıq jesti kimi qiymətləndirib. Bu haqda SHOWNEWS.AZ-a açıqlama verən əməkdar artist bu addımı daha çox jest deyil, sevdiklərinə qarşı hər zaman atdığı addım adlandırıb: "Bu jest deyil. Bu istədiyini edən Röyadır! Qoy bunu məndən boşuna inciyən Ağayev cənabları da bilsin. Mən hər zaman sevdiklərimi saydım və hörmət etdim. Eyni zamanda da, musiqilərini də dinlədim və paylaşdım. Hər zaman da paylaşacağam. Mən hər zaman sözümün ağası olmuşam".