Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Bu məni sındırır" Aqil M. Quliyev

"Bu məni sındırır" Aqil M. Quliyev

Azərbaycanlı rejissor Aqil M. Quliyev yerli film sənayesinin, xüsusən də, komediya filmlərinin taleyindən narahatdır.

SHOWNEWS.AZ xəbər verir ki, bu haqda "ATV kulis" verilişə danışan rejissor son iller çəkilən komediya filmlərindən danışıb:

“Film çəkmək biznes layihədir. Pul qoyur və maliyyə götürürlər. Bunu qınamıram. İnsan halal pulunu qoyub və bir müddət sonra oradan qazanc əldə edir.İnanıram ki, ələnib yaxşı şey ortaya çıxacaq. Azərbaycanda komediya filmlərinin adını bədnam etdilər. Komediya uzun illərdir ki, özünə yer etmiş film janrıdır. Nə edirlər etsinlər, keyfiyətli iş ortaya çıxarsınlar. Məni bir peşəkar kımı bu sındırır. Komediyanı aşağılamaq lazım deyil”.

Bundan başqa Aqil M. Quliyev 5 yeni film çəkəcəyini də əlavə edib.