Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"O sözü mənə deyən adamı ayağımın altına salaram" Kərim efirdə qəzəbləndi - VİDEO

"O sözü mənə deyən adamı ayağımın altına salaram" Kərim efirdə qəzəbləndi - VİDEO

ARB TV-nin “Səhər-səhər” proqramında müğənnilər Kərim Abasovla Əli Mirəliyev arasında münaqişə yaranıb.

SHOWNEWS.AZ xəbər verir ki, Mirəliyevin veriliş boyu atmacası sonunda Abbasovu özündən çıxarıb.

“Kimin ixtiyarı var mən duran yerdə məni təhqir etsin? Ayağımın altına qoyub param-parça edərəm. Sənətkar olmur, kim olursa olsun. Əgər mən bir insanın hörmətini saxlayıramsa, o insan da mənim mənim hörmətimi saxlamaq məcburiyyətindədir”. 

Əli Mirəliyev “özün xoflanırsan” deyərək vəziyyəti yumşaltmağa cəhd edib. Kərim isə, “Nə xoflanmaq? Sən mənə o sözü deməsəydin mən xoflanmazdım” deyib və daha da qızışıb. 

Aktrisa Nahidə Oruc Kərimi sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib. İfaçı qəzəbini cilovlaya bilməyib və studiyanı tərk edib. 
Elgiz Əkbər, Əli Mirəliyev və Nahidə Orucovanın bərabər təqdim etdikləri veriliş canlı olmadığından davaya səbəb olan məqamlar efirdən çıxarılıb.