Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rəmiş koronavirusdan vəfat edib, Gülü hazırda xəstədir - RƏSMİ AÇIQLAMA

Rəmiş koronavirusdan vəfat edib, Gülü hazırda xəstədir - RƏSMİ AÇIQLAMA

Xalq artisti Rafiq Hüsüynov (Rəmiş) COVID-19 virusundan vəfat edib.

Bunu Lent.az-a aşıqlamasında Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov bildirib.

 

İcraçı direktor qeyd edib ki, Rafiq Hüseynov (Rəmiş) ilk günlər xəstəxanaya gələrkən koronavirus infeksiyasına yoluxmamışdı: "O, qaraciyər serrozundan və ağ ciyər xəstəliklərindən əziyyət çəkirdi. Novruz bayramı ərəfəsində həyat yoldaşı Gülü xanım yanına gəlib-getdi və bundan sonra o səhhətindəki şikayətlər çoxaldı. Müalicə gedişatında Rafiq Hüseynovun COVID-19 xəstəsi olduğu məlum oldu. Koronavirusa yoluxması onun yanaşı xəstəliklərini daha da şiddətləndirdi”.

Asiman Həsənov bildirir ki, Xalq artisitinin həyat yoldaşı Gülü Hüseynova hazırda COVID -19 xəstəsidir.