Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Röyaya söz deyə bilmədi - Günahkar jurnalistlər oldu

Röyaya söz deyə bilmədi - Günahkar jurnalistlər oldu

Müğənni Elariz Məmmədoğlu “Türkiyədə nə Aygünü, nə də Röyanı tanıyırlar” sözləri ilə bağlı yeni açıqlama verib.

SHOWNEWS.az xəbər verir ki, "Muztv"yə danışan sənətçi hər şeyin yanlış anlaşıldığını deyərək jurnalistləri tənqid edib:

“Yeni gələn media işçiləri başa düşmürlər ki, böhtan atmaq günahdır. Əgər səni indi buna görə cəzalandırmırlarsa, vaxtı gələndə Allah cəzalandıracaq. Mənə sual verdilər ki, “azərbaycanlı müğənnilər Türkiyədə tanınır” dedim “yox”, heç kimin adını çəkmədim. Görkəmli sənətçilərlə müqayisə edərək, onlar kimi tanınmadıqlarını dedim”.

İfaçı Röya Ayxanı “Elariz, Allah səni güldürsün. Dua et ki, varıq. Sənə sual tapmırlar və bizi soruşurlar” sözlərinə görə günahlandırmadığını bildirib:

“Onu da qınamıram, xəbərləri oxuyur, deyir yəqin ki, demişəm. Uzun illərin dostları da bəzən “fitva”ya gedirlər. Media nümayəndələri heçnədən qalmaqal yaradırsa, deməli, şeytana qulluq edir. Röya xanımla uzun illərdir dostuq, sözləri atmaca deyil. Sadəcə gülərək “Allah səni güldürsün, bizi orda tanıyırlar” söyləyib. Elə bu mədəniyyəti də gözləyirdim”.

Qeyd edək ki, Röya Elarizin bu fikirlərinə İnstaqram hesabında tam olaraq belə cavab vermişdi:

“Elariz, Allah səni güldürsün. Dua et ki, varıq, sənə verməyə sual tapmırlar və bizi soruşurlar. Türkiyədə mediada və sənətdə olan insanlar Aygünü də, Güneli də, məni də tanıyır. Nəysə, sən onu boş ver. De görüm nə var, nə yox?".