Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Aslan Hüseynovun keçirdiyi qəzadan fotolar

Aslan Hüseynovun keçirdiyi qəzadan fotolar

Bu gün dünyasını dəyişən müğənni Aslan Hüseynovun keçirdiyi avtomobil qəzasından görüntülər yayılıb.

SHOWNEWS.AZ xəbər verir ki, qəzadan şəkilləri Avtosfer.az saytı paylaşıb. 

 

Qeyd edək ki, Aslan Hüseynov sürücüsü ilə birlikdə bu gün Qaradağ rayonu ərazisində qəzaya uğrayıb. Hadisə sürücünün yuxulu olması səbəbilə baş verib. Belə ki, sükan arxasında yuxulayan Aslanın avtomobili yolun sağı ilə hərəkət edən “Kamaz”a dəyib və bundan sonra idarəetməni itirib. Qəza nəticəsində «BMW» markalı avtomobil 70-80 metr sürüşərək yolun ortasındakı metal dəmirə çırpılıb.