Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Aysun anasının qüsurlarını çəkib göstərsin” Təranə Səmədovadan ŞOK açıqlama

“Aysun anasının qüsurlarını çəkib göstərsin” Təranə Səmədovadan ŞOK açıqlama

Müğənni Rəqsanənin qızı Aysunun 1 nömrəli körpələr evinin direktoru ilə yaşadığı qalmaqal bütün respublikaya səs salıb.

Müğənninin qızı qarşı tərəfi kimsəsiz uşaqlar üçün gətirilən malları oğurlamaqda ittiham edir. Direktor isə bu ittihamları rədd edir. SHOWNEWS.az xəbər verir ki, məsələyə bir vaxtlar Rəqsanə İsmayılovanın prodüseri olan Təranə Səmədova münasibət bildirib. Median.az-a danışan prodüser Aysuna anasının eyiblərini çəkib göstərməyi məsləhət görüb:

“Mən açığın deyim ki,ətim tökülür.Ümumiyyətlə heç kəs heç kəsi mühakimə edə bilməz.Əgər belə bir hadisə ilə qarşılaşmışdısa hüquq-mühavizə orqanlarına müraciət edə bilərdi. O paylaşım hamısı reklam xarakterli olan şeylərdir.Özünü reklam etmək istəyir.Belə şeylər mənə gülünc gəlir.Anasının və özünün elədiyi qüsurları çəksin paylaşsın.Ayıbdır,durub guya ki,kiminsə ayıbını tapırlar.Mən böyük məmnuniyyətlə uşaq evinin direktorunun onları məhkəməyə verib,qalib gəlməyini gözləyirəm.Həmin direktor xanım haqqında məlumatlar da öyrənmişəm. O xanımın heç bir maddiyata ehtiyacı yoxdur.Kimisə tanımadığımız halda mühakimə etmək çox səhfdir.Kənardan hər şey başqa cür görsənə bilər,ancaq daha dəqiqliyə getsək bəlkə də əli öpüləcək bir xanımdır o. Ancaq o xanımı ifşa edən insanın mənəviyyatına bələdəm,ona görədə gülünc gəlir mənə”.

 

Təranə Səmədova indiyədək müğənniin ondan aldığı borcları qaytarmadığını dilə gətirib:

 

"Mən kinli insan deyiləm,gətirsin mənə olan az qala yüz min manata çatan borcunu ödəsin, pullarımı qaytarsın mən də bu qədər həmin insana kinlə aqressiv yanaşmayım. Mənim üçün bu insan mövcud deyil. Onun üçün borca pullar götürmüşdum, ancaq sonda məcbur qalıb o pulları özüm ödəməli olmuşam.Anasi anamın dizindən öpüb yalvarırdi ki,qızım türkiyədə həbs olunubdu,onun işlərini həll etmək üçün pul lazımdır.Anam da müəyyən insanlardan onlara görə zamin durub pullar götürmüşdü. O pulları da ödəmədikləri üçün onların üstünə yığılan əlavə borcları da biz ödəməli oluruq. Ona görə də etdiyim bu yaxşılıqların heç birini ona halal etmirəm, nə qədər pul qazansa da heç vaxt o pullarının bərəkəti olmayacaq. Mən bu gün ki, gündə övladıma ürəyim istiyən kimi baxa bilmirəm, evimi indiyə kimi təmir etdirməmişəm. Mən buna görə ona halallıq verə bilmirəm, bilmərəm də, və mən tək deyiləm, mənim kimi respublikada neçə insanlar var ki, ona halallıq verməyiblər. Bu insanlardan halallıq almamış necə rahat yaşaya bilər ?! Bundan sonra mənə verəcəyi cavab məni maraqlandırmır. Gətirib mənim pullarımı qaytarmayınca mənim üçün o insan cildində olmayacaq".