Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Əl çəkin bu insandan, yetər artıq” - Səbinə Əskərova

“Əl çəkin bu insandan, yetər artıq” - Səbinə Əskərova

Günlərdir Elnur Əfəndiyev haqda yazılan məqalələr gündəmi ələ alıb. Elnuru müdafiə edənlərlə yanaşı, onun əleyhi fikir bildirən də çoxluq təşkil edir. Yazılanlara tab gətirməyənlərdən biri də müğənni Səbinə Əskərovadlr. 

SHOWNEWS.AZ-a danışan S. Əskərova Elnuru hədəf alanları tənqid edib:

"Mən nə Elnuru, nə də onun ailəsini tanıyıram. Amma bir vətəndaş olaraq ona yazılanları oxuyub göz yaşımı saxlaya bilmədim. Gücüm çatmır hər kəsə tək-tək cavab verim ki, əl çəkin bu insandan. Onsuz Allah onu ən ağır sınaq ilə imtahan edir. Gəlin az da olsa, mərhəmətli olaq. Yazılan şərhləri mən oxuyub göz yaşı axıdıramsa, gör onun ailəsi nə çəkir. Şərh yazanlardan bir xahişim var ki, heç kəsin, xüsusən də, əlil bir insanın ürəyini qırmayın. Allahın cəzası pis olar. İnanıram ki, bu məsələ də öz həllini tapacaq".