Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Bu fahişəlikdən də aşağı bir işdir” Səbinə Əskərova

“Bu fahişəlikdən də aşağı bir işdir” Səbinə Əskərova 1 saylı kimsəsiz körpələr evinin müdiri Nəhayət Əliyeva ilə müğənni Rəqsanə İsmayılovanın qızı Aysun arasında davam edən məlum qalmaqalı bir neçə gündür ölkə gündəmini zəbt edib. Əksəriyyət məsələdə Aysunu haqlı sayır. Müdirin tərəfini tutanlar və Aysunun yalan danışdığını deyənlər də az deyil. SHOWNEWS.AZ xəbər verir ki, müğənni Səbinə Əskərova məlum hadisə haqda konkret mövqeyini bildirməsə də, bəzi gizli məqamlara aydınlıq gətirib: “Mən uşaq olanda bir qonşumuzun qaynanası Mərdəkanda yerləşən uşaq evində çalışırdı. O, kimsəsiz uşaqların ərzağı, geyimi, dəsmal, süfrələri ilə nəinki evini, bütün nəslini dolandırırdı. Kimsəsiz uşaqlara da onun-bunun, evində olan cırıq-yırtıq geyimləri aparırdı. Mən hələ xarici şokaladlar, fıstıq yağları, firma ayaqqabılar və s. demirəm... Bakıda çox adam o bahalı şokaladları alıb yeyə bilmirdi. İçi mən qarışıq. Anam həmişə o qonşunun gəlininə deyirdi ki, qızım, yetimin payına toxunmaq olmaz. O biri gəlinləri, qızları götürsə də, sən qəbul etmə. Bu haramın 5 qat artığı çıxacaq! Anamın dedikləri illər sonra baş verdi. Gözümüzün qabağında o ailənin başına gəlməyən faciə qalmadı. Təsəvvür edin, həmin qonşumuzun 17 yaşlı nəvəsi qaz partlamasından yanıb kül oldu. Başqa gəlinin əri ilə oğlu maşın qəzasında öldü. Sonra köçdülər. Eşitdiyimə görə bədbəxtlik hələ də onları qarabaqara izləyir. Deməyim odur ki, Allah heç bir övlada valideyninin günahını daşımağı nəsib etməsin. 1 saylı uşaq evində də kimsəsiz uşaqlardan oğurlanan hər bir tikənin hesabı sorulmalıdır. Bu fahişəlikdən də aşağı bir işdır”.