Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Damla ilə Aytac Vidadiqızının arasında nə baş verir?

Damla ilə Aytac Vidadiqızının arasında nə baş verir? Bir zamanların ən yaxın 2 rəfiqəsi olan müğənnilər Damla və Aytac Vidadiqızının arası dəyib. Aytac ən yaxın rəfiqəsini sosial şəbəkədə qara siyahıya atıb. SHOWNEWS.AZ xəbər verir ki, bu haqda Damla özü "Instagram" hesabında paylaşım edib: "Aytac Vidadiqızı durduğu yerdə məni qara siyahıya atıb. Səbəbsiz yerə...". Daha sonra o, türkiyəli müğənni Linetin "Bilirmisin?" mahnısından bir parça paylaşım edib və bu sözləri əlavə edib: "Aytac, sənin bu böyüklükdə ürəyinə heyranam. Nə gözəl sözlər, nə gözəl bəstə yazmısan. Sənin müəllifin olduğun mahnını Linet ifa edib. Bu başqa sevinc hissidir. Səninlə qürur duydum. Hisslərimi İfadə edən sözlər yazmısan. Allah səsini və ürəyini qorusun". Qeyd edək ki, söz və musiqisi müğənni Aytac Vidadiqızına aid "Qırmızı həyat" mahnısını bir müddət əvvəl Linet yeni diskinə əlavə edib.