Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Nurayla reklama ehtiyacım yoxdur" Şəbnəm Qəhrəmanova - VİDEO

"Nurayla reklama ehtiyacım yoxdur" Şəbnəm Qəhrəmanova - VİDEO Müğənni Şəbnəm Qəhrəmanovanın həmkarı Nuray Məhərov ilə sosial şəbəkədə yayılan videosu müzakirələrə səbəb olub. Şəbnəmin Nuraya "Vallah sevirəm" deməsi birmənalı qarşılanmayıb və insanlar iki dostun zarafatyanı görüntüsünü ciddi qəbul ediblər. Bu haqda açıqlama verən Qəhrəmanova şəxsi həyatında başqa insanın olduğunu dilə gətirib: "Nurayla biz illərin dostuyuq. Bu da zarafatcasına çəkilən videodur. Nuray mənim ən yaxın dostumdur. Mənə Nurayla reklam olunmaq lazım deyil. Biz hər zaman bir-birimizə dəstək olmuşuq. Zarafatla etdiyimiz videonu insanlar ciddi qəbul edib. Mənim həyatımda başqa insan var. Nuray da yaxşı tanıyır. Nurayla dostluğumun arasına heç kəs girə bilməz".