Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Elnarə, sən get FAB boyalarına mahnı oxu" Nigar Abdullayevadan yeni qalmaqal

"Elnarə, sən get FAB boyalarına mahnı oxu" Nigar Abdullayevadan yeni qalmaqal Röya və Elnarə Xəlilova arasında yaşanan qalmaqala müğənni Nigar Abdullayeva biganə qalmayıb. Nigar "Instagram" hesabında Elnarəyə ismarış göndərib: "Bu xəbəri oxudum. Əslində xəbərin mənə aidiyyatı olmasa da, fikir bildirməyi özümə borc bildim. Çünki mən Röyanı sonsuz dərəcədə sevirəm. Elnarəyə demək istəyirəm ki, sən get elə FAB boyalarına mahnı oxu. Röyaya atmaca atmaq sənin hünərin deyil. Düzdür, Röya sənə lazımi cavabı verdi. Yox, bundan sonra da sənə qalmaqal lazım olsa, mənə yaz. Mən sənə elə cavab verəcəyəm ki, ən azı 1 il gündəmdə olacaqsan. Fikirləş, düşün gör nə edirsən. Amma onu deyim ki, ağıllı olsa, susarsan!"