Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

"Allahdan ucuz ölüm istəyirdim" Təranə Səmədova

"Allahdan ucuz ölüm istəyirdim" Təranə Səmədova Prodüser Təranə Səmədova xəstə yatağında şəklini paylaşıb. SHOWNEWS.AZ xəbər verir ki, prodüser onun bu vəziyyətinə sevinənlərin olduğunu bildirib: "Həyat məni çox sınağa çəkdi, səhv seçimlər, səhv addımlar, səhv adamlar, səhv məkanlar, hamısının altını çəkirəm.. Mən həyatda çox sındım, sındırılmağa çalışıldım, amma həyat arada-sırada ani xoşbətliklərlə də başımı qatdı, bu qədər əzilməklərimin qarşılığında "nə yaxşı ki, varsan" deyə biləcəyim insanları da yetirdi mənə, elə ən böyük təskinliklərimi də onlarda tapdım, indən sonra da qoy sarsılım, üzülüm, bəs bəzi insancıqlar həyatda nədən sevinsinlər, nədən zövq alsınlar, amma ən böyük qələbəm də elə varlığımdır, bu gün artıq üsyan edirdim, Allahdan ucuz bir ölüm istəyirdim, amma indi düşünürəm ki, İnşAllah Rəbbim mənə uzun ömür verər, rahatsız etdiyim insanlar qoy elə mənə görə narahat həyatlarını yaşasınlar, qoy arada-sırada da sevinsinlər də, lap elə bu şəkildəki görüntümə sevindikləri kimi hər yıxılışım növbəti zəfərim üçün təkandır".
Günün çox oxunanları