Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

Samir Xəttab Baloğlan Əşrəfovu məhkəməyə verir "Bərbad sayda satılmış biletlər..."

Samir Xəttab Baloğlan Əşrəfovu məhkəməyə verir "Bərbad sayda satılmış biletlər..." Uzun fasilədən sonrq ötən gün "Yaşıl Teatr"da müğənni Baloğlan Əşrəfovun konserti baş tutub. SHOWNEWS.AZ xəbər verir ki, konsertin təşkilatçısı Samir Xəttab baş tutan konsert haqda şok açıqlama verib: "Bü gün baş tutmuş Baloğlan Əşrəfov konsertinin təşkilatçılığı mənə aid deyildi. Çünki mən bu gün konsert biletlərinin bərbad sayda satılmasına görə rəsmi olaraq ləğv edib, bu barədə UR Style şirkətinə məlumat vermişdim və biletlərin geri qaytarılmasını təmin etmələrini xahiş etmişdim. Bu barədə müğənniyə də məlumat vermişdim. Özlərinin məndən icazəsiz lakin mənim şirkətimə məxsus kassa hesabımdan istifadə edərək təşkil etdikləri tamaşa mənə məxsus olmadığı üçün orada iştirak etmədim. Çünki kariyeram boyu bü cür texniki rayder,səhnə tərtibatı olan konsert təşkil etməmişəm. 12 gün öncədən ləğv etmək istəyəndə xahiş edib son günə qədər gözləməyi xahiş edən,bərbad sayda satılmış biletlərdən biyabır olmaqdan çəkinən sənətçi bu gün səhnədə elə hey məni yad edirmiş niyəsə. Hətta təşkilatçını tanımırmış.Hələ indiyə kimi bu qədər reklamı edilməyən şəxs niyəsə özünə aid olan tamaşadan utanaraq mənim adıma yamamaq istəyib. Arxada başqa üzdə başqa danışmaq lazım deyil. Hər şey rəsmidir. Bazar ertəsi bütün rəsmi sənədlərlə açıqlamam olacaq və barəsində mənim ünvanıma kütləvi tədbirdə şər böhtan fikirləri,ictimai işguzar nüfuzuma xələl yetirməsinə görə maddi mənəvi təzminat şikayəti ilə ömrümdə ilk dəfə məhkəməyə müraciət edəcəm. Dalımca danışmaqdansa mənim kimi zəng edib, üzə demək daha çox cəsarət tələb edir. Uçan quşlar...".