Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Mən tez ölmək istəmirəm" - Səbinə Əskərova HƏYƏCAN təbili çaldı - VİDEO

"Mən tez ölmək istəmirəm" - Səbinə Əskərova HƏYƏCAN təbili çaldı - VİDEO

Müğənni Səbinə Əskərova etdiyi açıqlama ilə sosial şəbəkədə müzakirələrə səbəb olub.

SHOWNEWS.AZ xəbər verir ki, sənətçi Azərbaycanda çirklənmiş havanın insan ömrünə vurduğu ziyanı önə çıxardıb. Müğənni xaricdə istirahətdən döndükdən sonra buna daha da əmin olub:

"Bu yay tətili İstanbulda davam etdirdikdə, maşınımı cəmi 1 dəfə avtoyumaya verdim. Bir həftə boyunca maşın təmiz qaldı. Maşının nə içi, nə çölü çirkləndi. Eyni halda Tiflisdə də oldu. Lakin maşınla Qazaxa girən kimi maşın oldu toz. Dəhşət idi. Nə qədər çirkli hava udduğumuzu həmin gün anladım. Təsəvvür edin ki, həmin çirkli hava ciyərlərimizə gedir. Ona görə də insanlarımız 65-70 il yaşayır. Həyatla tez vidalaşırlar. Mən tez ölmək istəmirəm. 90-95 il ömür sürmək istəyirəm. Planlarım var (gülür). Sudan isə danışmaq istəmirəm. Ona görə də Azərbaycanda insanların çoxu saç tökülməsindən əziyyət çəkir. Baxırsan 25 yaşlı cavanlara ki, saçı tökülüb. Çoxlu ağac əkmək lazımdır..."

 

Qeyd edək ki, Səbinə Əskərovanın bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirələrə səbəb olub.  Aşağıdakı paylaşımdan müzakirələrə qoşula bilərsiniz.