Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Ana olmağa hazırlaşan Rəqsanəyə hücum oldu" - müğənni şokdadır

"Ana olmağa hazırlaşan Rəqsanəyə hücum oldu" - müğənni şokdadır

Hamiləliyinin 7-ci ayında olan müğənni Rəqsanə İsmayılova gözlənilmədən xaker hücumuna məruz qalıb. İsmayılovanın 475 minlik izləyicisi olan "Instagram" hesabı naməlum şəxslər tərəfindən ələ keçirilib.

SHOWNEWS.AZ-a açıqlama verən sənətçi hadisədən narahat olduğunu dilə gətirib:

"Səhifəmi türklər oğurlayıb. Mail ünvanıma "göy quş" üçün məktub gəlib. Menecerim də bilmədən həmin maili təstiq edib. Nəticədə "Instagram" hesabım naməlum şəxslərin əlinə keçib. Artıq məsələ ilə bağlı bu işlərlə məşğul olan şəxsə müraciət etmişik. İnanıram ki, tez bir zamanda səhifəm geri qayıdacaq. Mən də rahat şəkildə konsertimə hazırlaşacağam. Çünki səhifəm mənə o qədər əzizdir ki, elə bilirəm sanki mənə doğma olan nəyisə itirmişəm.".

Qeyd edək ki, müğənni gələn ay Bakıda baş tutacaq möhtəşəm solo konsertə hazırlaşır. Konsertdə sənətçi dillər əzbəri olan hit mahnıları ilə yanaşı, yeni mahnılarını ifa edəcək. Daha əvvəl konserti haqda açıqlama verən sənətçi tamaşaçılarına sürpriz edəcəyini də vəd edib. Ən yaxın zamanda konsertin tarixi və məkanı barədə məlumat veriləcək.