Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Belə biabırçılıq olar?" - Nura aparıcıları yıxıb-sürüdü

"Belə biabırçılıq olar?" - Nura aparıcıları yıxıb-sürüdü

Azərbaycan teleməkanında yayımlanan verilişlər və aparıcılar hər zaman müzakirə mövzusu olub. Bu haqda sıravi tamaşaçılarla yanaşı, məşhur simalar da zamanla tənqidi fikirlər bildirib.

SHOWNEWS.AZ xəbər verir ki, bu dəfə bu mövzu haqda müğənni Nura daha kəskin fikir bildirib. O, efir məkanında olan bəzi aparıcıları biabırçı adlandırıb:

"Azərbaycanda aparıcı qıtlığıdır? Nolub hər yerindən duran veriliş aparır. Ayıbdır e. Peşəsinin mənbəyi bəlli olmayanlar bütün günü efirdədir. Belə biabırçılıq olar?

İncəsənət Universitetinin hər il yüzlərlə tələbəsi işsiz qala-qala hərə bir tanışını seriala, filmə çəkir. Bu, nə dəbdir? Bütün psixoloji xəstələri məclislərə dəvət edir, sonra da məzələnib videolarını çəkərək paylaşırlar. Mənası nədir? Məqsədiniz nədir, ay hörmətli insanlar? Ay özünə hörmət edən "jurnalistlər", siz niyə belələrini təbliğ edirsiniz? Hələ peşəkar aparıcıları demirəm...

Belələrini niyə efirə dəvət edirsiniz? Nə yapışmısınız reytinq sözündən? Bu, nə bəhanədi? Belə səviyyəsizliyi təbliğ etməkdə məqsədiniz nədir? Adamın köçüb adada yaşamağı gəlir. Bəsdirin də, zövqsüzlüyü, ağılsızlığı, pozğunluğu təbliğ etmək olar?!".

Qeyd edək ki, bu gün ən çox müzakirə olunan xəbər ekstrasens Bayram Nurlunun "Space" telekanalında aparıcılıq edəcəyi xəbəri olub.