Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

Samir Bağırov fəxri ad almadığına görə gileyləndi

Samir Bağırov fəxri ad almadığına görə gileyləndi Xeyli vaxtdır efirlərdən uzaq düşən müğənni Samir Bağırovdan xəbər var. Teleqraf.com-un məlumatına görə, aparıcı Murad Arifin “Popumuz var” layihəsinin qonağı olan ifaçı sənətdən getməsindən danışıb: “Fəxri adım yoxdur, amma bu məni narahat etmir. Sadəcə pis təsir edir. Çünki mənimlə birgə eyni səhnəyə çıxan şəxslərin fəxri adı var, mənə isə vermədilər. Səhnədən getdim, ancaq səbəb başqadır. Pərəstişkarı olduğum Alla Puqaçova mənə demişdi ki, sənə fəxri ad, titul arzulamıram, çünki bunlaırn hamısı boş şeydir. Dedi ki, sənətçinin ən böyük uğuru xalqın sevgisidir”. Samir Bağırov qocalmaqdan qorxduğunu da deyib: “Kremasiya (meyitin yandırılması-red.) günah olsa da, mənim xoşum gəlir. Ölmək mənim aləmimdə qorxulu bir şey deyil. Qocalmaqdan qorxuram”.