Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Arzulayırdım ki, toyumda iştirak edəsən” Səməd Səmədovun nəvəsi

“Arzulayırdım ki, toyumda iştirak edəsən” Səməd Səmədovun nəvəsi

Xalq artisti Səməd Səmədovun Rusiyada yaşayan nəvəsi Səməd babasının vəfatı ilə bağlı paylaşım edib.

 

SHOWNEWS.AZ xəbər verir ki, o sosial şəbəkə hesabında babası ilə uşaqlıq şəklini yayımlayaraq onun vəfatına görə dərin kədər hissi keçirdiyini bildirib:

 

"Ən yaxşı baba. Elə arzulayırdım ki, toyumda iştirak edəsən, amma bu gün sən yoxsan. Dünyada elə bir adam yoxdur ki, sənin haqqında nəsə pis bir şey danışsın. Sən mənə çox şey öyrətdin. Sənə minnətdaram, hər şeyə görə çox sağ ol. Sən kralsan və qəlblərdə elə qalacaqsan. Ailəmiz və xalqımız üçün böyük itkisən. Həmişə olduğu kimi mənimlə fəxr edəcəksən. Səni sevirəm. Allah rəhmət eləsin”.

 

Qeyd edək ki, Xalq artisti Səməd Səmədov bir neçə gün əvvəl ağır vəziyyətdə tənəffüs çatışmazlığı diaqnozu ilə klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Həmin vaxt sənətçidə kəskin böyrək çatışmazlığı aşkarlanıb. Həkimlərin səyinə baxmayaraq, 15-16 saat reanimasiyada qalan Xalq artistinin ürəyi dayanıb və o vəfat edib.