Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rəqsanə təcili xəstəxanaya yerləşdirildi - Erkən doğuş dioqnozu FOTOLAR

Rəqsanə təcili xəstəxanaya yerləşdirildi - Erkən doğuş dioqnozu FOTOLAR Xəbər verdiyimiz kimi Azərbaycanın məşhur sənətçisi Rəqsanə İsmayılova hamiləliyinin 7-ci ayını yaşayır. Sənətçi gələn ay Bakıda heyranları üçün konsert proqramına hazırlaşdığı bir ərəfədə bu gün təcili olaraq xəstəxanaya yerləşdirilib. SHOWNEWS.AZ-a açıqlama verən sənətçi müayinə üçün həkimə getdiyini, lakin həkimlərin erkən doğuş rikskinin olmasını eşidincə həyəcan keçirdiyini bildirdi: "İnanın çox həyəcanlıyam. Mən uşaqlarımın Türkiyədə anadan olmasını istəyirdim. Bunun üçün bütün işləri belə görmüşdük. Bu gün isə Moskvada son olaraq müayinədən keçməli və Bakıya gəlməli idik. Amma müayinənin nəticələri bizi həyəcanlandırdı.Ana bətnində olan su artıq qurtarıb. Bu səbəbdən erkən doğuş olacağını bizə bildirdilər. Həkimlər dedi belə olduğu halda 7 gün içində uşaqlar ana bətnindən çıxarılmalıdır. Hazırda məni yataq rejimində xəstəxanada saxlayırlar. Ayağa durmağa icazə vermirlər. Əslində dekabr ayında doğuş olmalı idi. Belə halda təyyarəyə də minmək olmaz. Böyük riskdir. Allaha qurban olum, təki balalarım sağ-salamat olsun". Rəqsanə sonda hər kəsdən onun üçün dua etməyi xahiş edib.