Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bayram Nurlu verilişlərə çıxmaqdan imtina etdi "Proqramında məni görmək istəyən 10 min ödəsin"

Bayram Nurlu verilişlərə çıxmaqdan imtina etdi "Proqramında məni görmək istəyən 10 min ödəsin" Azərbaycanın ən məşhur ekstrasensi Bayram Nurlu yerli telekanallarda yayımlanan verilişlərə çıxmaqdan imtina edib. Bu haqda SHOWNEWS.AZ-a danışan Nurlu artıq 12 televiziya proqramına çıxmaqdan imtina edib. O, bunun 2 səbəbini izah edib. Ekstrasensin sözlərinə görə, 1 efirə çıxmaq ona 2-3 min manat arasına başa gəlir: "Üzümə vurulan kremlər, saçımın dağılmaması üçün istifadə olunan laklar xüsusi mənim üçün hazırlanır. Geyimlərimi təkrar geyinmirəm. Bakıya gələndə də ən lüks otellərdə qalıram. Çox xərcim çıxır. Burada qazanan isə verilişlər olur. Mənim adımla reytinq qazanırlar. Ona görə də, məni proqramında görmək istəyən 10 min qonorar ödəməlidir". İkinci səbəb kimi isə Bayram tezliklə yerli kanallardan birində yeni verilişinin başlamasını göstərdi: "Öz verilişim başlayır. Əminəm reytinqli olacaq. Ona görə də, heç yerə çıxmaq istəmirəm".