Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şeymanı yenə tənqid etdi

Şeymanı yenə tənqid etdi

Bütün tənqidlərə rəğmən sosial media fenomeni Şeyma Subaşı Bodrumdakı tətilindən görüntülər paylaşmaqda davam edir.

 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, o bu dəfə qızı ilə olan fotolarını da İnstaqram hesabında yayımlayıb.

Model Deniz Akkaya Şeymanın paylaşımına səssiz qala bilməyib və ona iradını bildirib. 

"Uşağı da alət et ki, təsiri daha çox olsun. Afərin sənə... Maraqlıdır, uşaq "bu dumanlar haradan gəlir?" soruşanda nə cavab verir, bu fantastik başla? Bu nə ruh halı, ruhi xəstəlikdir? Mənim də qızımın kampı vardı, yolladım, həyat davam edir, amma bunu paylaşmıram" deyə, Deniz paylaşımında yazıb.

Qeyd edək ki, Şeyma qızı və misirli sevgilisi Mohammed Alsaloussi ilə Bodrumda yaxtada dincəlir. Misirli sevgilisi istirahət üçün kirayələdiyi qayığa həftədə 150 ​​min avro ödəyir.