Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İradə Mehri əkizlərin klipini “YouTube”dən SİLDİRDİ

İradə Mehri əkizlərin klipini “YouTube”dən SİLDİRDİ Müğənni İradə Mehri əkiz bacılar Sevil və Sevincin bir neçə gün əvvəl DJ Roşka ilə birgə təqdim etdiyi yeni klipini “YouTube”dən sildirib. SHOWNEWS.AZ xəbər verir ki, buna səbəb mahnıdan İradə Mehrinin dillər əzbəri olan “Yenə də” mahnısını icazəsiz ifa etməsi olub. “YouTube”da əkizlərin klipini izləmək üçün linkə tıkladıqda yazılır ki, müəlliflik hüququ pozulduğuna görə videi İradə Mehri tərəfindən blok olunub. Əkizlər isə bu haqda əvvəl müsahibə verəndə mahnı seçiminin DJ Roşka tərəfindən həyata keçirildiyini demişdilər. Xatırladaq ki, İradə Mehri daha əvvəl də Damlanın “Sevmişdin” adlı mahnısını icazəsiz oxuyub, klip çəkdirməsinə görə “YouTube”dən sildirib. Lakin Damla sonradan klipini bərpa etməyi bacarıb.