Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Aytən Səfərova 3-cü dəfə ana oldu - Eksklüziv

Aytən Səfərova 3-cü dəfə ana oldu - Eksklüziv Telejurnalist Aytən Səfərova növbəti dəfə ana olub. SHOWNEWS.AZ-ın əldə etdiyi xəbərə görə, dekabr ayının 1-i akademik MirQasımov adına Respublika Xəstəxanasında Aytən Səfərova daha bir oğul anası olub. Əldə etdiyimiz məlumata görə, Zəhra Abbasovanın nəzarəti altında övlad dünyaya gətirən məşhur aparıcının vəziyyəti normaldır. O, artıq intensiv terapiya şöbəsindən palataya köçürülüb. Xatırladaq ki, “Maşın” şouda Aytən Səfərovanı bir neçə iştirakçı, o cümlədən, reper Uran və müğənni Roza Zərgərli hamiləlik haqda yalan danışmaqda ittiham etmişdir. Bu xəbər isə ona dəlalət edir ki, aparıcı heç kəsi aldatmayıb və həqiqətən ana olmağa hazırlaşırmış.