Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

DJ Roşka ilə Hüseyn Məhəmmədoğlu SÖZ SAVAŞINA ÇIXDI

DJ Roşka ilə Hüseyn Məhəmmədoğlu SÖZ SAVAŞINA ÇIXDI DJ Roşka məşhur klarnet ifaçısını zurna ifaçısı adlandırıb. SHOWNEWS.AZ xəbər verir ki, buna səbəb peşəkar musiqiçi olan H. Məhəmmədoğlunun “Show News” verilişinə açıqlamasında bütün maşap oxuyanları tənqid etməsi olub. Tənqidlərə cavab olaraq isə DJ qarşı tərəfi hörmətsizlikdə ittiham edib: “Sən hər dəfə deyirsən ki, özündən böyüklərə hörmət etmək lazımdır. İndi isə özündən kiçiyə hörmətsizlik edirsən. Mənim gördüyüm işləri 30 milyon insan izləyir. Razıyam, maşap oxuyanların içində pisləri də var. Amma bizim işimiz onlara aid deyil. Sən yaxşını pisdən, ağı qaradan ayıra bilmirsən. Onda mən də gərək sənə klarnet yox, zurna ifaçısı deyim”. Hüseyn Məhəmmədoğlunun cavabı da özünü gedikdirməyib: “Zurnaçı olmaq mənim üçün böyük fəxrdir. Azərbaycanın folklor alətidir. Bu sənəti yaşadan böyük sənətkarlarımız var. Əməkdar artistimiz Şirzad Fətəliyev, rəhmətlik Şəkili Ələfsə, Şamaxılı Rasim müəllim Azərbaycanın sərvətləridir”. Xatırladaq ki, klanet ifaçısı “Show News” verilişinə açıqlamasında göbələk yeməyi olan maşrumu maşap oxuyanlardan hörmətli adlandırıb.