Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Üzeyiri döyən olmayıb, yalan xəbərdir” - Rəqsanə danışdı

“Üzeyiri döyən olmayıb, yalan xəbərdir” - Rəqsanə danışdı “Üzeyirin döyülməsi xəbəri təmamilə yalandır. Üzeyir məgər 5 yaşında uşaqdır? Konsert boyu Üzeyir ancaq mahnısını oxuyub. Mənim restoranımda heç bir sənətçiyə qarşı kobudluq ola bilməz. Mən ölmüşəm məgər? 4 ildir Moskvada yaşayıram. Azdan-çoxdan burada da ətrafımız var. Konsertdə Üzeyirin yanında gələn dostu ilə müştəri arasında kiçik anlaşılmazlıq olub. O da mahnı üstündə vaş verib. Burada şişirdiləcək heç nə yoxdur. Bu demək olar ki, bütün el şənliklərində baş verir”. Bu sözləri SHOWNEWS.AZ saytına açıqlamasında müğənni Rəqsanə İsmayılova bildirib. Sənətçi konsert təşkilatçılığında təcrübəli olduğunu dilə gətirib: “Bugünə kimi Könül Xasıyevanın, Nadir Qafarzadənin, Namiq Qaraçuxurlunun, Talıb Talenin və başqa həmkarlarımızın konsertini təşkil etmişəm. Üzeyirə qalanda isə konsert o qədər uğurlu keçdi ki, may ayına növbəti konsert edəcəyik. Üzeyir dindar insandır. İstəməzdim onun haqqında bu cür yalan xəbər yayılsın”.