Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Səyyad Əlizadə komadadır: - “Ağciyərinin 80 faizi buzlaşıb"

Səyyad Əlizadə komadadır: - “Ağciyərinin 80 faizi buzlaşıb"

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin səhhəti ağır olaraq qalır.

Bu haqda Axşam.az-a açıqlamasında sənətçinin oğlu Atabəy deyib. O bildirib ki, atasının ağciyərinin 80 faizi buzlaşıb:

 

"Atam oksigen aparatı vasitəsilə nəfəs alır. Vəziyyətində irəliləyiş yoxdur. Ağciyərinin 80 faizi buzlaşıb".

Atabəy deyib ki, anası Kəmalə Əlizadənin səhhəti yaxşılaşır. 

Səyyad Əlizadənin qohumu Razim Qarayevisə açıqlamasında ifaçının komaya düşdüyünü söyləyib. 

Qeyd edək ki, Səyyad Əlizadə bir neçə gün öncə koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.