Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bayram Nurluya Almaniyadan reklam təklifi gəldi - İyirmi min manat

Bayram Nurluya Almaniyadan reklam təklifi gəldi - İyirmi min manat “Kosmetika şirkətindən təklif almışam. Şəkillərimi və videolarımı görüb bəyəniblər. Məni öz şirkətlərinə sima olaraq görmək istəyirlər. Köməkçilərimə yönləndirdim. Maraqlandılar və çox böyük şirkət olduğunu dedilər”. Bu açıqlamanı SHOWNEWS.AZ-a Bayram Nurlu verib. Ekstrasens şirkətin adını açıqlamaq istəməyib: “İndidən ad açıqlayıb reklam etmək istəmirəm. Bir sıra şərtlərim var. O şərtlərin hamısını yerinə yetirməlidirlər. Qonorar elə də çox demədim. 10 min avro, bizim pulla təxminən 20 min manat edir. Amma təkcə puldan söhbət getmir. Həmin şirkətin Azərbaycanda da nümayəndəliyi var. Amma onlar reklam çarxını Almaniyda etmək istəyir. Çəkiliş isə mənim Türkiyədəki istirahətimlə üst-üstə düşür. Gərək onlara görə, istirahətimi təxirə salım. Razılaşsalar, Bakıda günü bu gün də çəkilə bilərəm. Getməyə razılaşsam, qonorarımı bir az çoxaldacağam. Təxminən 30 min avro... Həm də mən ora tək yox, işçilərimlə getməli olacağam. Hələ fikirləşirəm”.