Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

“Dostlarım arasında homoseksuallar var” - DJ Fateh

“Dostlarım arasında homoseksuallar var” - DJ Fateh “Heç kim Azərbaycanda homoseksual doğulmaq istəməzdi” Axşam.az xəbər verir ki, bu sözləri “Manpası” verlişinin aparıcısı Dj Fateh Murad Arifin “Popumuz var” layihəsində səsləndirib. O Muradın ünvanladığı, “Cəmiyyətin LGBT üzvlərinə münasibəti necədir” sualını belə şərh edib: “Cəmiyyətin münasibəti İlqar Mikayıloğlunun münasibəti kimidir. Məsələ onda deyil ki, İlqarın münasibəti pis və ya yaxşıdır. Çoxluq necə düşünürsə, İlqarda elə düşünür. Amma anlamaq lazımdır ki, heç kim Azərbaycan kimi bir ölkədə homoseksual doğulmaq istəməzdi. Heç kimin belə bir arzusu olmaz. Deməli, bu, həmin insanların seçimi ilə baş verməyib. Bunu anlayaraq, mən Fateh onlardan üz döndərsəm, mütərəqqi bir şəxsə bu yaraşmaz. Mən bu adamlara qarşı çox dözümlüyəm. Dostlarım, tanışlarım arasında da belələri var”.
Həftənin çox oxunanları