Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Aytac Vidadiqızının yoldaşı Bakıda İNŞAAT ŞİRKƏTİ açdı

Aytac Vidadiqızının yoldaşı Bakıda İNŞAAT ŞİRKƏTİ açdı Müğənni Aytac Vidadiqızının həyat yoldaşı Canberk Coşquntuna Bakıda şirkət açıb. SHOWNEWS.AZ xəbər verir ki, türkiyəli iş adamı tikinti sahəsinə sərmayə qoyub və “Polat İnşaat” şirkətinin fəaliyyətinə başlayıb. Bu haqda açıqlama verən müğənni həyat yoldaşının bu üzrə ali təhsil aldığından məhz bu biznesi qurduğunu bildirib: “Can hər zaman mənə dəstək olub. “Polat İnşaat”ı isə Can qurdu. İndi də mən bacardığım qədər ona dəstək olacağam. Əminəm ki, Can bu işdə kifayət qədər uğur əldə edəcək. Tikinti sahəsində “Polat İnşaat” keyfiyyəti ilə seçilən şirkət olacaq”. Aytac Vidadiqızı onu da əlavə etdi ki, şirkətin “Polat İnşaat” adlanması da əbəs deyil. Belə ki, Polat cütlüyün oğlunun adıdır. Qeyd edək ki, cütlüyün evlilikdən 1 qız və 1 oğlu var.