Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Şəhidlərimiz ona görə canlarını verdi ki, xalqımız toylu-büsatlı yaşasın" - Elgizdən Hacı Surxaya cavab

"Şəhidlərimiz ona görə canlarını verdi ki, xalqımız toylu-büsatlı yaşasın" - Elgizdən Hacı Surxaya cavab

Hacı Surxayın bu gün toylarla bağlı səsləndirdiyi fikrə tanınmış teleaparıcı Elgiz Əkbər irad bildirib.

  SHOWNEWS.AZ xəbər verir ki, teleaparıcı sosial şəbəkədə fikirini belə izah edib.  

"Dinimizi çox qorxunc dəhşət, matəm, qəm-qüssə təbliğ edən vasitəsiyə çeviriblər. Şəhidlərimiz ona görə canların verdilər ki, mənsub olduğu xalq gün görsün, xoşbəxt toylu-busatlı yaşasın, əmin-amanlıq olsun, çoxlu övladlar dünyaya gəlsin və s.. Dinimizin rəngi qətiyyən qara deyil".   

Qeyd edək ki, Hacı Surxay bu gün verdiyi açıqlamada deyib: 

"Məhərrəm ayında qeyrət nümayiş etdirib mənə irad tutanlar, sözüm sizədir:   Bu aylar şəhidlərimizin ildönümü ərəfəsidir, anaların göz yaşları qurumayıb! Hər gün şəhidlərimiz anılır, onların ruhuna dualar oxunur, siz isə toy edirsiniz. Bəs buna sözünüz nədir, bunu kimin adına yazacaqsınız?!”  

Hacı Surxayın sözlərinə görə, Məhərrəm ayında toy edənlərə irad bildirməkdə məqsədi bu günlər üçün idi.   

"Şəhidlərimizin anım günlərində toy edənlər, bəs buna fikirləriniz necədir? Şəhidlik məktəbindən dərs alan şəhidlərimizin anım gününə hörmət etməyi din tələb etmir, şərəf, ləyaqət və milli kimlik tələb edir. Məhərrəm ayında imamımıza yas tutduğumuz kimi, bu günlərdə də şəhidlərimizi anırıq. Çünki biz milli-mənəvi, dini dəyərlərimizlə yaşayır, onlara hörmət və ehtiram göstəririk”.