Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Kişinin 3-cü arvadı da olaram, təki...” Seva

“Kişinin 3-cü arvadı da olaram, təki...” Seva Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Seva "Yeni Müsavat" qəzetinin redaksiyasında qonaq olub. - Bildiyim qədəri ilə övladınızın atası tanınmış məmurun oğludur. Onun kimliyini niyə açıqlamırsınız? - O münasibətin üstüdən uzun müddət keçib. Ayrılmışıq. Həmin məmurun adını açıqlaya bilmərəm,etik çıxmaz. - Seva üçün ayrılıq səbəbi nə ola bilər? - Mən əqrəb bürcüyəm, hisslərim çox güclüdür. Aldadılmağa dözə bilmirəm. Sevdiyim şəxs gəlib desə ki, ayrılmaq istəyirəm, sakitcə çıxıb gedərəm. Bəlkə də, acı çəkərəm, amma onu bir daha narahat etmərəm. Təki aldadılmayım, mənə yalan deməsin. - Xəyanət edənlərə cavabınız nə olur? - Xəyanəti dəhşətli bir hal kimi qəbul etmirəm. Kişilər sərbəst olmalıdır. Kişini sıxıb, boş buraxan kimi qaçır. Mən güclü qadınam, kişinin sevməyini də, tərk etməyini də, xəyanətini də başa düşürəm. Bu həyatda çox qadın aldadılıb. Mənim üçün xəyanət adiləşib. Mənə ilk dəfə xəyanət ediləndə elə bilirdim öləcəyəm. Amma indi düşünürəm ki, qadın xəyanəti bağışlamalıdır, ailəsini dağıtmamalıdır. Ailədə sevgi varsa, kişinin başqa qadınla yazışması, bir gecə keçirməsi normal qarşılanmalıdır. Kişi insan deyil? Gedib gəzsin də. Mənə sevirəm desin, bahalı hədiyyələr alsın, sonra gəzsin. - Evli kişi ilə münasibət qurarsınız? - Bir kişinin ikinci həyat yoldaşı olaram. Təki mənə qarşı alicənab olsun. Ərəbistanda bir kişinin 4 arvadı olur. Burada nə var ki? Bir kişinin üçüncü arvadı ola bilərəm. - Şou əhli ilə hazırda daha yaxınsınız. Onları özünüzə dost bilirsiniz? - Bəzilərini dost bilirəm. Mənim yaxınım olan insanlar var, bir də 2 dostum var. Bir dəfə rəfiqəmə zəng etdim ki, birlikdə həkimə gedək, amma işinin olduğunu dedi. Mən onu bir dəfəlik sildim.