Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanlı müğənni “Çukur”da klip çəkdirdi - 15 min xərclədi

Azərbaycanlı müğənni “Çukur”da klip çəkdirdi - 15 min xərclədi Müğənni Luna Azərbaycan şou biznesində marağa səbəb olacaq layihəsini təqdim etməyə hazırlaşır. Bunun üçün o, böyük heyətlə Azərbaycanla yanaşı, Türkiyədə də çəkilişlər həyata keçirib. SHOWNEWS.AZ xəbəər verir ki, şou nümayəndələrindən ilk dəfə olaraq Luna reytinqləri alt-üst edən "Çukur" serialının lentə alındığı ərazidə klip çəkib. Bunun üçün Luna bir neçə gün serialın çəkilişlərinin bitməsini də gözləməli olub. Müğənni eyni zamanda dənizdə gəmidə də çəkilişlər aparıb. Bu görüntülərə görə sənətçi 2 gəmi kirayələməli olub. Azərbaycanda isə klip İçəri şəhərdə, Buzovna və Qəçrəşdə lentə alınıb. Ümumilikdə ekran işinin çəkilişinə 5 həftə sərf olunub. Luna əmindir ki, bu işi ilə tamaşaçıların zövqünü oxşaya biləcək. Qeyd edək ki, müğənni klipə 15 min manat pul xərcləyib. Klip yaxın günlərdə təqdim olunacaq.