Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

“Ucuz və keyfiyyətsiz işlərə razılıq vermirəm” Azərbaycanın ən bahalı modeli

“Ucuz və keyfiyyətsiz işlərə razılıq vermirəm” Azərbaycanın ən bahalı modeli Azərbaycanın ən məşhur xanım modeli Səmra Hüseynova bu sənətin çətinliklərindən danışıb. SHOWNEWS.AZ-a danışan Səmra ilk təklifdə Azərbaycandan gedəcəyini və sənətini xaricdə davam etdirəcəyini açıqlayıb: "Bu sənətin ən çətinliyi hər zaman formada qalmaqdır. Mənə görə dünyada bundan çətin bir şey yoxdur. Xaticdən təklif gəlsə əlbəttə razılaşaram. Çünki mən Azərbaycan standartlarına uyğun deyiləm. Mənim gördüyüm işlər və xarici görünüşüm Azərbaycan model biznesindən çox yüksəkdədir". O, həmçinin modellər arasında ən bahalı olmasına da münasibət bildirib: "Düzdür, məni bahalı model də adlandırırlar. Amma mənə görə mən bahalı model deyiləm. Sadəcə keyfiyyətli işlərə razılıq verirəm. Və ucuz işlərə razılıq vermirəm". Səmra həmçinin model sənətini ucuzlaşdıran şəxslərdən də söhbət açıb: "Model adı ilə özlərinə başqa iş axtaranlar var. Onlar bu sənətin adını batırır".