Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

"O müğənnini makiyajsız gördüm, 3 gün özümə gələ bilmədim" Xatun - VİDEO

"O müğənnini makiyajsız gördüm, 3 gün özümə gələ bilmədim" Xatun - VİDEO

ARB TV-də İsa Şükürovun təqdimatında yayımlanan “Show News” verilişinin növbəti müsahibi ifaçı Xatun Əliyeva olub.

Müğənni çox bəyəndiyi həmkarını makiyajsız görüb şoka düşdüyünü etiraf edib:

“Onu özümdən, hamıdan gözəl hesab edirdim. Bir dəfə onu makiyajsız gördüm, 3 gün özümə gələ bilmədim. Makiyaj insanı nə qədər dəyişə bilər?! Rəzalət! Onu Beyonsdan, Cenifer Lopezdən, hətta Monika Belluçidən də gözəl hesab edirdim”.

Sənətçi həmçinin heç kimin adını çəkmədən işlətdiyi sözlərə bəzi həmkarlarının efirdən reaksiya verməsinə də münasibət bildirib:

“Mən çıxıb müəyyən mövzu ilə əlaqədar ad çəkmədən kiməsə söz atıram. Biri də çıxıb mənim dediklərimə cavab verir. Mənimlə polemikaya girir. Adını çəkməmişəm ki, özünü niyə ortaya atırsan? Demək reklam istəyirsən.

Məsələn bu yaxınlarda Günay İbrahimli çıxıb əməliyyat edənlərlə bağlı pafoslu çıxış etdi. İndi mən də çıxıb deməliyəm ki, Günay mənə söz atırsan? Adımı çəkməyibki. Öz fikrini bildirib”.

Qeyd edək ki, "Show News" verilişi həftə içi 5 gün ARB TV-də saat 21:45-də yayımlanır.

Verilişin instagram səhifəsi @show_news