Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Arvadının xəyanətini qəhrəmanlıq kimi videoya çəkib paylaşır” Mehriban Xanlarova

“Arvadının xəyanətini qəhrəmanlıq kimi videoya çəkib paylaşır” Mehriban Xanlarova Ötən gündə. Ərinə xəyanət edən yerdə videosu yayılan qadının əməlinə Əməkdar artist Mehriban Xanlarova da susmayıb. SHOWNEWS.AZ xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb: “"Hansısa qadın ərinə xəyanət edir. Ər də bunu böyük qəhrəmanlıqmış kimi çəkib verir: Həmin ərə sual verirəm: Video çəkib sosial şəbəkədə paylaşmaqla elə bilirsən sənə yaxşı kişi deyirlər? Birincisi, kişinin kişi olduğu yerdə xəyanətdən söhbət gedə bilməz. İkincisi, özünə və ailəsinə hörmət edən kişiarvadının biabırçı videosunu başqaları ilə paylaşmaz. Bunu etməklə səndə onun səviyyəsinə enmiş olursan. Əgər övladın varsa, böyüyəndə bu videonu sillə kimi üzünə vuracaq. Onda nə cavab verəcəksən? Hələ bu videonu sosial şəbəkədə paylaşaraq özünə izləyici yığan səhifələr... Gənclərə nəyi təbliğ etdiyinizin fərqindəsiniz?".