Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Eşşəyə minəndə lovğalanan ata minsə, ağlı çaşar...” Elzadan Mətanətə

“Eşşəyə minəndə lovğalanan ata minsə, ağlı çaşar...” Elzadan Mətanətə Bu gün əksəriyyət Əməkdar artist Elza Seyidcahanla müğənni Mətanət Əsədovanın qalmalını izləyib. Yazan yazıb, danışan danışıb... Mətanət Əsədovanın qarşı tərəfin ünvanına canlı yayımdan “ Ulaq da, at da sənsən! Elza, məni heç kimlə səhv salma. Bəstəkar adı haramın olsun. Utanmırsan? Burda atdan, ulaqdan danışırsan! O kimdir ki, mənimlə belə danışır? Mən Elza deyiləm! Hələ ki, səni ulaq yerinə qoyub çırpırlar! Ağıllı ol! Tərbiyən olsun! Mənimlə təkbətək görüş, amma çaşma! Səni çaşıb...” sözlərindən sonra Əməkdar artist də susmayıb. SHOWNEWS.AZ xəbər verir ki, E. Seyidcahan qarşı tərəfi daha sərt tənqid edib. O, Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” proqramına zəng etməsinin səbəbini yaranan söz-söhbətə aydınlıq gətirmək üçün etdiyini bildirib: “Bütün sənətkarlar və musiqi sevərlər bir-birinə dəyib. Ancaq uzun zamandır efirdən davranışına görə uzaqlaşdırılan ,həyatda mənə böyüyumsən, "siz" deyə müraciət edən,efirdən isə mənə "sən" -deyən özünü "2 - ci - "Zeynəb" (Əstafurlah.) adlandıran ,repertuarı cox kasıb və acınacaqlı olan biriisi ,müzakirəmizi kücə söhbətinə gətirdi. HEYHAT. Ancaq mən bir daha tərbiyəli insan olaraq, Xəzər Televiziyasının kollektivindən ,Tarix Əliyevdən ,başda cox hörmətli,dəyərli rəhbəri Murad Dadaşovdan üzr istəməyi özümə borc bilirəm ki, gəlişinizin ilk günündə sizə və kollektivinizə narahatcılıq gətirdik. EŞŞƏYƏ MİNƏN DƏ LOVQALANAN ATA MİNSƏ ,AQLI CAŞAR..”. Qeyd edək ki, müğənnilər arasında qalmaqala səbəb Elza Seyidcahanın Tolikin “Səmimi” verilişində “gəncləri korlayan Manaflar və Mətanətlərdir” ifadəsini işlətməsi olub.