Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanlı general oğlunun Röya ilə eşq yaşaması xəbərinə MÜNASİBƏT BİLDİRDİ FOTOLAR

Azərbaycanlı general oğlunun Röya ilə eşq yaşaması xəbərinə MÜNASİBƏT BİLDİRDİ FOTOLAR Bir neçə gün bundan əvvəl Azərbaycanın əməkdar artisti Röya Ayxanın yeni sevgi münasibətinə başlaması ilə bağlı xəbər yayılmışdı. Yayılan xəbərdə Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman, general-leytenant Bakı korpusunun komandiri Rövşən Əkbərovun oğlu ilə eşq yaşadığı bildirilirdi. 35 yaşlı müğənninin sevgilisinin özündən yaşca kiçik, 28 yaşlı Telman Əkbərovun olduğu qeyd edilmişdi. Bizim Yol yayılan xəbərlə bağlı Milli Qəhrəman, general-leytenant, Bakı korpusunun komandiri Rövşən Əkbərovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında oğlu ilə bağlı yayılan xəbərin yalan olduğunu bildirib. "Bu jurnalistlərin işi gücü yoxdur.Vətəndən torpaqdan yazın.Bu yalan cəfəngiyatdır. Kim tərəfindən uydurulub, ötürülüb onu da bilirəm. Bu barədə oğlumla da danışmışam, onun Röya xanımla heç bir əlaqəsi yoxdur. Müğənni kimi şəkli ola bilər, məşhur müğənnidi hamı şəkil çəkdirə bilər. Orda mənimlə qoyulan şəkli də, Röyanın qardaşı mənim yanımda xidmət edib. Andiçmə zamanı yanıma gələndə çəkilib. Orda da yüzlərlə valideyn olub, Röya xanım da iştirak edib. Belə cılız söhbətlər lazım deyil.”